Naxçıvan AYDA-nın sabiq sədri 5,5 milyon manat mənimsəmədə təqsirləndirilir

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov 5,5 milyon manat mənimsəmədə özünü təqsirli bilmir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bəhruz Əsgərov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə prosesdə ittiham aktına münasibət bildirən zaman deyib.
İttiham aktında qeyd edilib ki, Bəhruz Əsgərov 1 iyun 2018-ci il - 31 dekabr 2023-cü ildək olan müddət ərzində Şərur, Culfa, Şahbuz, Sədərək, Ordubad, Kəngərli, Babək və Naxçıvan Yol Təmir İstismar idarələrinin rəisiləri, həmçinin, qabaqcadan bir qrup şəxslərlə əlbir olaraq dövlət büdcəsinə xüsusilə külli miqdarda ziyan vurublar. Vəzifə saxtakarlığında da ittiham olunam sabiq sədr çalışdığı illər ərzində 5,5 milyon manatdan çox vəsaiti mənimsəyib.
O, özünü ittiham olunan maddələr üzrə təqsirli hesab etməyib.
Məhkəmə prosesi aprelin 10-a təxirə salınıb.
Qeyd edək ki, Bəhruz Əsgərova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












