Nənə, gəlin və nəvəni vurub öldürən keçmiş satış menecerinin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ayaz Əliyevin barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az "Pravda"ya istinadən xəbər verir ki, prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə təyin olunmuş yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 ay həddində müəyyən olunub. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.2-ci bəndinə əsasən, Ayaz Əliyev barəsində müəyyən edilmiş cəza altı ilə endirilib.
İttihama görə, hadisə 2023-cü il mayın 28-də saat 21 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Ayaz Vəli oğlu Əliyev idarə etdiyi "Nissan Tiida" markalı avtomobillə piyadalar üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadalar - 1964-cü il təvəllüdlü Səkinə Baloğlan qızı Rəsulovanı, onun gəlini, 1984-cü il təvəllüdlü Samirə Xudayar qızı Cavadovanı və sonuncunun qızı, 2020-ci il təvəllüdlü Məryəm Nadir qızı Hüseynovanı vurub. Nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Ayaz Əliyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Ayaz Əliyev MMC-lərdən birində satış meneceri vəzifəsində çalışıb.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












