Nigar Fərhadın əri yenidən həbs olundu

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan rəhbəri Samir Yəhyazadə ev dustaqlığına buraxılsa da, yenidən həbs edilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, ev dustaqlığına buraxılma ilə bağlı qərarı Binəqədi Rayon Məhkəməsi verib.
Daha sonra prokurorluğun apellyasiya protesti əsasında onunla bağlı yeni qərar qəbul olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Samir Yəhyazadə məhkəmə zalında qandallanıb.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2, 178.2.1, 178.2.2, 178.2.4 (külli miqdarda dələduzluq) və 318-1.1 və 320-1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun həyat yoldaşı "AİD Group" xaricdə təhsil şirkətinin təsisçisi və rəhbəri Nigar Fərhad da bu ilin avqust ayında saxlanılıb, daha sonra polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO












