Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar — VİDEO

Bir qrup vətəndaş "Aid Group" xaricdə təhsil şirkətindən və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, xaricdə təhsil və iş imkanı vədi ilə şirkətə minlərlə manat ödəniş edən şəxslər nə vəd olunan xidmətləri ala, nə də ödədikləri vəsaiti geri qaytara bilirlər.
Şikayətçilərdən Aliyə Əfəndiyeva bildirib ki, şirkətin sosial şəbəkələrdəki reklamlarını gördükdən sonra müraciət edib. Onun sözlərinə görə, üç övladının Kanadada təhsil alması üçün mart ayında şirkətlə müqavilə bağlayaraq 17 min manat ödəyib.
Digər şikayətçi Ramin Bedimirzadə isə ABŞ-də təhsil almaq məqsədilə müqavilə əsasında şirkətə 4 350 manat ödədiyini deyib. O bildirib ki, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləğ geri qaytarılıb. Şikayətçilərin sözlərinə görə, zərərçəkənlərin sayı bununla məhdudlaşmır. İddia edilir ki, şirkətin fəaliyyətindən zərər görən şəxslərin sayı çoxdur və ümumi maddi ziyanın məbləği kifayət qədər böyükdür. Onlar baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
"Aid Group" şirkətinin mövqeyini öyrənmək məqsədilə ofislə əlaqə saxlanılıb. Lakin şirkətin ofisi bağlı olub. Sosial şəbəkə hesablarında göstərilən əlaqə nömrələrinə edilən zənglər də cavabsız qalıb.
Hazırda şikayətçilər ödədikləri vəsaitin geri qaytarılmasını və məsələyə hüquqi qiymət verilməsini gözləyirlər.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












