Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR

Avstriyada naməlum şəxslər tramplindən tullanma üzrə Olimpiya çempionu Tomas Morqenşternin anqarına daxil olaraq onun 600 000 avro (təxminən 1,1 milyon manat) dəyərində olan helikopterini oğurlayıblar.
Avtosfer.az bu barədə "BILD" nəşrinə istinadən xəbər verir.
Bir qədər sonra helikopter Xorvatiya səmasında görünüb. Polis oğruları axtarır. Məlumata görə, "Robinson R44" helikopteri bazar ertəsinə keçən gecə yoxa çıxıb.
Helikopter sonuncu dəfə sentyabrın 28-də saat 04:20-də (Bakı vaxtı ilə saat 06:20-də) Xorvatiyanın hava məkanında qeydə alınıb.
Avstriyanın Lunqau bölgəsindəki anqar da, oğurlanmış helikopter də Tomas Morqenşternə məxsusdur. Avstriyalı idmançı helikopterdən öz şirkətinin fəaliyyəti çərçivəsində istifadə edərək digər xidmətlərlə yanaşı, ekskursiya, nəqliyyat və fotoçəkiliş uçuşları təklif edirdi.
Avstriyalı idmançı üç dəfə Olimpiya qızıl medalı qazanıb, bir neçə dəfə dünya çempionu olub və iki dəfə Dünya Kubokunun ümumi hesabında qalib gəlib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












