Özbəkistanda kuryoz: Skuter sürmək istəyən motosikletlə imtahan versin

Özbəkistanda bu gündən skuterlərlə bağlı yeni qaydalar qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, indi mühərrik gücü 0,25 kilovatt, sürəti 25 km/saatdan yuxarı olan skuter sahibləri A kateqoriyalı sürücülük vəsiqıəsi almalıdır.
Bu vəsiqənin alınması üçün 3 aylıq kursa getmək məcburidir. Hökumət bu yolla skuter sürücülərini intizama dəvət etmək istəyir. Lakin, qəribəlik bu deyil.
Məsələ burasındadır ki, skuterlə bağlı praktik imtahanlar köhnə sovet motosikletləri ilə götürülür. İllərlə skuter idarə edən iddiaçıların çoxu imtahanı verə bilmir.
Səbəb budur ki, skuter elektrik mühərriki ilə hərəkətə gətirilir, heç bir ötürmələr qutusu yoxdur. Hər şey əl altındakı 2 dəstəklə həyata keçirilir. Motosikletdə isə sistem tam başqadır.
Özbəkistanın Xalq Demokratik Partiyası bildirir ki, yeni qayda 130 minədək insanın gündəlik qazancını itirməsi ilə nəticələnəcək.
Vüqar
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












