Pakistanda bomba yüklü maşın məscidə çırpılıb - Ölənlər var - YENİLƏNİB

Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində məscid yaxınlığında baş verən atışma zamanı polis qüvvələri tərəfindən üç terrorçu zərərsizləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb.
Məlumata görə, cümə namazı qılındığı vaxt içərisində partlayıcı maddələr olan və kamikadze tərəfindən idarə edilən avtomobil "Old Police Lines" kompleksinin qapısına çırpılıb. Nəticədə məscidin divarlarından biri uçub. Daha sonra tərəflər arasında silahlı atışma başlayıb və bu əsnada Xüsusi Polis İdarəsinin binası qarşısında növbəti partlayış qeydə alınıb.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, Kohat şəhərində polis kompleksi və məscid ətrafında törədilən terror hücumları nəticəsində beşi hüquq-mühafizə orqanı əməkdaşı olmaqla, ümumilikdə 16 nəfər həyatını itirib.
***13:54
Pakistanın Xeybər-Paxtunxva vilayətində məsciddə partlayış baş verib.
Avtosfer.az "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
Qeyd olunur ki, məscid Pakistanın şimal-qərbində polis idarələrinin yerləşdiyi binanın yaxınlığında yerləşir. İlkin məlumatlara görə, partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsinin Köhnə Polis Xəttlərinə çırpıldığı irəli sürülüb, lakin partlayışın dəqiq səbəbi hələ müəyyən edilməyib.
"Partlayışdan sonra silahlı terrorçularla atışma baş verib", - deyə AP rəsmilərə istinadən yazıb./unikal
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












