Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını deyir. Hadisə 3 gün əvvəl Paris hava limanında baş verib.
Qafqazinfo məsələ ilə bağlı azyaşlıların valideynləri Məhəmməd Quliyev və Gültac Abdullayeva ilə əlaqə saxlayıb.
Valideynlər saytımıza bildirib ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Almaniya tərəfindən övladlarının Avropadan çıxışına qadağa qoyulub. Uşaqlarının birinin 2 yaşı var, digəri 6 aylıqdır. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıbmış. Ailə üzvlərinin sözlərinə görə, Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.
Almaniyanın uşaqların Avropadan çıxışına qadağa qoymasının səbəbinə gəlincə, valideynlər bunu əsassız iddia ilə əlaqələndirirlər. Həmin iddia da ondan ibarətdir ki, ana bir neçə ay əvvəl xəstəxanada övladına əzab verib: “İkinci uşağımız doğulandan dərhal sonra əməliyyat olundu. Təxminən 1 ay uşaq xəstəxanada qaldı. Hər şey də orada başladı. Xəstəxananın həkimləri və tibb bacıları heç bir əsas olmadan şikayət ediblər ki, mən uşağıma işgəncə vermişəm. Guya 3 aylıq körpənin başını daşa çırpmışam, ağzına dəsmal bağlamışam, hətta buzlu su verərək öldürmək istəmişəm.

Hamısı yalandır. Bu necə ola bilər? Biz uşaqlarımıza çox yaxşı baxırıq. Onlara niyə əzab verək? Nə isə bu şikayətlərdən sonra “Jugendamt” (Almaniyada ailəiçi zorakılıq, uşaq hüquqlarının təmin olunması və digər sosial müdafiə hallarına müdaxilə edən təşkilat-red.) işə qarışdı. Əvvəlcə məni xəstəxanadan çıxmağa belə qoymurdular. Sonradan uşağa nəzarət üçün evimizə türk müəllim yolladılar. Həmin qadın da bizimlə yola getmədi. Hər dəfə bir bəhanə gətirirdi ki, uşağa belə baxın, elə baxın. Nəhayət uşaqları götürüb, birdəfəlik vətənə qayıtmağa qərar verdik. Parisə çatanda da başımıza bu iş gəldi”.
Artıq 3 gündür uşaqlarından ayrı düşdüyünü bildirən ailə övladlarının hazırda sığınacaqda olduğunu qeyd edir. Yaxın günlərdə uşaqların Avropadan çıxışına qoyulan qadağanın götürülməsi tələbi ilə məhkəmə keçiriləcək.
Valideynlər məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə də məlumat veriblər: “Səfirliyin nümayəndəsi dedi ki, Almaniya uşaqların Avropadan çıxışınaa qadağa qoyub. Məsələ ilə məşğul olurlar.”
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












