Piyadanın ölümünə səbəb olan avtobus sürücüsü məhkəmə zalında həbs olundu

İdarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Samir Mamedovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Samir Mamedovun 3 il sürücülük hüququndan məhrum edilməkə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.
Qeyd edək ki, dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 5 il sürücülük hüququndan məhrum edilməklə, 7 il azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Zərərçəkən tərəf marşrut xəttinin sahibi olan daşıyıcı şirkətə qarşı mülki iddia qaldıraraq 50170 manat ödənilməsini istəmişdi. Bu məbləğə maddi və mənəvi təzminat, eləcə də dövlət rüsumları daxildir. Zərərçəkən tərəf mülki iddiadan geri çəkildiyini məhkəməyə bildirib.
Xatırladaq ki, hadisə 1 dekabr 2025-ci ildə Binə qəsəbəsi ərazisində qeydə alınıb.
Samir Loğman oğlu Mamedov idarə etdiyi “Daewoo” markalı marşrut avtobusu ilə qəsəbə ərazisində piyadanı vurub. Ağır xəsarətlər alan piyada Vurğun Cəlil oğlu Əliyev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, Samir Mamedov Cinayət Məcəlləsinin 263-1.3 maddəsi (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












