“Prius”un sürücüsünü döyən şəxsə bəraət verildi

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Yusif Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın Pravda.az-a istinadən məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilib, Sabunçu Rayon Məhkəməsinin hökmü ləğv olunub, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib. İttihama görə, 09 mart 2024-cü il tarixdə, saat 14 radələrində paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi küçəsində yerləşən “Bolmart” ticarət mərkəzinin qarşındakı yolda qeydə alınıb. Belə ki, Yusif Hüseynov zərərçəkmiş Vasif Mütəllimovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə qəza şəraiti yaratmasını bəhanə edib. O, zərərçəkmişə qarşı fiziki zor tətbiq edib əli ilə sifət onun nahiyəsinə bir neçə dəfə vuraraq, qəsdən yüngül zərərvuran xəsarətlər yetirib. Hadisədən sonra Yusif Hüseynov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən eyni Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib və ona 1500 manat məbləğində cərimə kəsilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












