"Pulu vermək üçün "Lexus"u 50 minə satdım" - İş adamına qarşı 170 minlik dələduzluq

Külli miqdarda dələduzluqda ittiham olunan şəxs məhkəmə zalından azadlığa buraxılıb. Onun cinayət işi üzrə araşdırma iki il davam edib. 170 min manatlıq zərər tam ödənilib. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, 65 yaşlı Elman Qasımov (soyad şərtidir) külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib. İttihama görə, Elman ortaq dostu vasitəsi ilə tanıdığı Azay Əsgərovdan 170 min manat pul alaraq onu aldadıb. Təxminən 6 il əvvəl Ayaz Əsgərov özünə məxsus 2 hektar torpaq sahəsinə çıxarış almaq istəyərkən aldadılıb. Elman vəd verib ki, həmin məbləğin qarşılığında onun torpaq sahəsinə çıxarış ala biləcək. Lakin aylar, illər keçsə də, vədinə əməl etməyib. Aldadıldığını başa düşən Ayaz Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edib. Elman pulu Qurban adlı şəxsə verdiyini deyib. Bildirib ki, bu işi Qurban vasitəsi ilə görəcəkmiş. Lakin Qurban onu aldadaraq Amerikaya gedib. İstintaq zamanı müəyyən edilib ki, zərərçəkmiş Ayaz Əsgərova saxta çıxarış da verilib. Elman iddia edib ki, həmin çıxarışı ona Qurban adlı şəxs göndərib. 2023-cü ildə barəsində cinayət işi açılan Elman əvvəlcə məhkəmənin qərarı ilə həbs edilib. Sonradan məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Bir müddət istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib və həbs olunub. Ayaz Əsgərov ifadəsində bildirib ki, Elmana pulu hissə-hissə verib. Bir dəfə isə Elman təcili pul istədiyi üçün "Lexus” markalı avtomobilini 50 min dollara sataraq 68 min manatını ona verib. Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müəyyən edilib ki, Elman zərərçəkmiş tərəfə maddi ziyanı tam olaraq ödəyib. Təqsirləndirilən şəxsin yaşının 65 olması, ikinci qrup əlil olması, zərərçəkmişlə barışması nəzərə alınaraq yüngül cəza alıb. Hökmə əsasən, Ayaz Əsgərov barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










