Qadın sərnişin gediş haqqı üstündə taksi sürücüsünün başına telefon çırpdı – ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərində taksi sürücüsü qadın sərnişin tərəfindən zorakılığa məruz qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə gediş haqqı ilə bağlı yaranan mübahisə zamanı baş verib və bütün anlar avtomobilin təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.
İlkin məlumata görə, qadın sərnişin taksi sürücüsünü marşrutu bilərəkdən uzadaraq daha çox ödəniş tələb etməkdə ittiham edib. Lakin sürücü İbrahim Kömürcü (ad şərtidir) bildirib ki, naviqasiya sistemində göstərilən marşrut üzrə hərəkət edib, lakin Göztəpə körpüsündə aparılan yol təmiri səbəbindən məcburən alternativ yoldan istifadə edib.
Mübahisə zamanı qadın sərnişin gediş haqqını ödəməkdən imtina edib. Sürücü tam məbləği tələb etdikdə, qadın mobil telefonla onun başına zərbə endirib. Sürücü dərhal polisə zəng edib və qadından hadisə yerində gözləməsini istəyib. Lakin qadın maşından düşərək uzaqlaşıb, bir qədər sonra geri dönüb və sürücüyə yenidən hücum edib.
Hadisədən sonra İbrahim Kömürcü (ad şərtidir) xəstəxanaya aparılıb. O, vəziyyəti belə izah edib:
“Naviqasiyada sərnişinin göstərdiyi istiqaməti izləyirdim. Göztəpə körpüsündə yol işləri gördüm, buna görə marşrutu 1,2 kilometr uzatdım. Proqram vasitəsilə taksi çağırılanda 50 lirə əlavə ödəniş və körpü keçid haqqı müştəriyə ötürülür. Hadisə zamanı qadın məni döydü, kəllə sümüyüm çatladı. Kartal Dövlət Xəstəxanasına aparıldım, hazırda başımda üç tikiş var. Hücumla bağlı polis bölməsinə şikayət etmişəm.”
İstanbul polisi hadisə ilə bağlı araşdırmaya başlayıb. Taksi sürücüsünə hücum edən qadının kimliyi müəyyən edilir.
Eltac Zülfüqaroğlu
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO













