Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub.
Avtosfer.az "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb.
TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixində saat 20:35-də 1975-ci il təvəllüdlü qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentə qarın divarının açıq yarası diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlərin göstərilməsi məqsədilə pasiyentə əməliyyat blokunda cərrahi müdaxilə icra edilib. Əməliyyatdan sonra pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilib. Pasiyentə zəruri tibbi xidmət göstərilib və 21.09.2026-cı il tarixində ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.
Hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı M.Ə. polis əməkdaşları tərəfindən dindirildikdən sonra evə buraxılıb.
Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.
Yeniyetmə ilkin ifadəsində küçə heyvanına tir tüfəngi ilə atəş açmaq istədiyini, səhvən qonşuluqda yaşayan qadına xəsarət yetirdiyini deyib.
Qeyd edək ki, M.Ə. Ağdaşın tanınmış sahibkarlarından Məhəmməd Əliyevin nəvəsidir.
Yeniyetmənin atası Cavad Əliyev sualları cavablandırmaqdan imtina edib.
Xatırladaq ki, hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb. Hazırda tüfəngin kimə aid olduğu müəyyənləşdirilir.
İlkin məlumata görə, silah iş adamı Məhəmməd Əliyevə məxsus olub.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












