Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Röyal Tağıyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində hadisəni ehtiyatsızlıq nəticəsində baş vermiş hal kimi qiymətləndirərək əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə uyğun hesab etdiyini deyib.
İfadəsinə görə, hadisədən əvvəl Röyal mərhum Türkanə Məmmədova ilə təxminən bir ilə yaxın sevgi münasibətində olub. Bildirib ki, hadisədən bir neçə gün əvvəl atası onun bu münasibətinə etiraz edərək əlaqələri kəsməsini tapşırıb. Təqsirləndirilən şəxs də bu səbəbdən Türkanə ilə münasibətlərə son qoymaq qərarına gəldiyini qeyd edib: "Həmin axşam Türkanəyə zəng edəndə bir də mənə zəng etməməsini, başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim".
Röyalın sözlərinə görə, hadisə baş verən gün Türkanə Məmmədova ona zəng edərək sonuncu dəfə görüşmək istədiyini bildirib. Təqsirləndirilən şəxs razılaşaraq qadını yaşadığı ünvandan götürüb və birlikdə "Əsrik yolu" adlanan əraziyə yollanıblar. Avtomobildə onların yanında təqsirləndirilən şəxsin qohumu da olub.
Hadisənin baş verdiyi məqamı izah edən Röyal bildirib ki, avtomobili saxladıqdan sonra Türkanə maşından düşərək kənara çəkilib. O isə avtomobildə siqaret yandırıb və bir müddət sonra Türkanənin üzərinə benzin tökdüyünü görüb. Buna mane olmaq üçün ona yaxınlaşdığını, lakin həmin anda əlindəki siqaretin benzinə toxunması nəticəsində alovlanmanın baş verdiyini deyib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən sonra o və yanında olan şəxs dərhal müdaxilə edərək alovu torpaq vasitəsilə söndürüb və zərərçəkmişi xəstəxanaya çatdırıblar. Röyal, həmçinin xəstəxanada Türkanə üçün dərmanlar aldığını qeyd edib.
O, hadisənin qəsdən törədilmədiyini vurğulayaraq söyləyib ki, Türkanə Məmmədovanın bu addımı atmasına səbəb onların ayrılması ilə bağlı yaranmış emosional vəziyyət olub. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl zərərçəkmiş onunla əlaqəni kəsməmək üçün israr edib və hətta özünə zərər yetirə biləcəyini söyləyib.
Bununla yanaşı, Röyal ibtidai istintaq zamanı ona təzyiq göstərildiyini də iddia edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Röyal Tağıyev 9 il azadlıqdan məhrum edilib.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












