Qanunsuz qumar oyunlarından 41 milyon manat əldə etdilər, məhkəməlik oldular

Onlayn qumarda əldə edilən pulu leqallaşdırmaqda təqsirləndirilən şəxslər - Murad Xudiyev və Bəhruz Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz qumar oyunlarından əldə edilmiş ümumilikdə 41 milyon 223 min 167 manat pulu leqallaşdıraraq müxtəlif bank kartlarına köçürüblər.
Daha sonra təqsirləndirilən şəxslər ifadə verərək onlara qarşı elan edilmiş ittihamla özlərini təqsirli bilməyiblər.
Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












