Qırmızı dənizdə gəmiçilik risk altındadır - Aİ-dən xəbərdarlıq

Avropa İttifaqının Hərbi Dəniz Missiyası Aspides Qırmızı dəniz və Ədən körfəzinin şərqində husilərin beynəlxalq dəniz nəqliyyatına qarşı hücum təhlükəsinin artdığını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, missiya bölgədə hərəkət edən gəmilərin yenidən hədəfə çevrilə biləcəyini bildirib və dəniz daşımaları ilə məşğul olan şirkətlərə xüsusi ehtiyat tədbirləri görməyi tövsiyə edib.
Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən və İrana dəstək verən husi qruplaşması İsrailə qarşı hücumlarını yenidən aktivləşdirib. Martın 28-i axşam yayılan məlumata görə, husilər münaqişəyə qoşulduqdan sonra İsrailə ikinci hava zərbəsini endirdiklərini bəyan ediblər. Qruplaşmanın sözçüsü Yəhya Sərii İsrail ərazisində yerləşən bir neçə mühüm hərbi obyektin raket və pilotsuz uçuş aparatları ilə vurulduğunu bildirib.
Eyni zamanda, Hörmüz boğazının faktiki olaraq bağlı olduğu qeyd edilir. Aİ missiyası hesab edir ki, artıq Qırmızı dəniz və Ədən körfəzi üzərindən həyata keçirilən dəniz daşımaları da ciddi risk altındadır. Bu səbəbdən İsrail və ABŞ-la əlaqəli gəmilərə həmin marşrutdan istifadə etməmək tövsiyə olunur.
Xatırladaq ki, husilər əvvəllər də Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumlar həyata keçiriblər. Bu region Şimali-Şərqi Afrika ilə Ərəb yarımadası arasında yerləşərək, Süveyş kanalı vasitəsilə Aralıq dənizi ilə, Bab əl-Məndab boğazı vasitəsilə isə Hind okeanı ilə birləşən və dünya ticarəti üçün strateji əhəmiyyət daşıyan əsas marşrutlardan biri hesab olunur.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












