Qoyunlar səhralaşmanın qarşısını belə aldı

Çinin Tibet muxtar dairəsində yerləşən Talatan rayonu əvvəl yaşayış mümkün olmayan boz ərazi idi. Burada hər il 2 ay sürəti saatda 74 kilometrə çatan küləklər qum və çınqılı 10 mertədək hərəkət etdirir, yaşıllıqlar məhv olurdu. 2012-ci ildə Günəş elektrik stansiyalarının qurulması ilə vəziyyət dəyişdi.
Avtosfer.az xəbər verir ki, bu gün Talatan rayonunda 600 kvadratkilometr ərazidə milyona yaxın Günəş paneli quraşdırılıb. Panellər həm elektrik hasil edir, həm də küləkdən mühafizə üçün ekran rolu oynayır. Küləyin Yer səthindəki sürəti hiss ediləcək qədər azaldığı üçün daha münasib iqlim şəraiti yaranır, torpaq rütubətlənir.
Stansiyanın tikildiyi ərazidə qısa vaxtda yaşıllıq 100 min qoyuna yetəcək səviyyədə bərpa olundu. Lakin bu bərpaolunma əks nəticə verdi: yayda otlar çox uzandığı üçün panellərə kölgə saldı, qışda isə quruyaraq yanğın təhlükəsi yaratdı.
Məsələni yerli hökumət nümayəndələri sadə yolla həll etdilər: çobanlara iyundan oktyabradək qoyunlarını stansiya ərazisində pulsuz otarmağa icazə verdilər.
Məlum oldu ki, dördayaqlılar həm ot örtüyünün lazımi hündürlükdə qalmasını təmin edir, həm də ərazini təbii yolla gübrələyərək növbəti il bol ot əldə edilməsinə səbəb olurlar. ən əsası isə, bu yolla səhranın yaşayış məntəqələrinə doğru genişlənməsinin qarşısı alınıb.
Bu təcrübə həm də yeni infrastruktur layihələrinin təbiəti korlamadan həyata keçirilməsinin mümkünlüyünü ortaya qoydu.
Vüqar Yaşaroğlu
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












