Rasim İldırım barışıq üçün ona 150 min təklif edir

Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun məhkəməsində mayın 25-i hökm oxunacağı gözlənilir. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda vəkillər yekun çıxış ediblər. Proses kifayət qədər uzun müddət davam etdiyindən sədrlik edən hakim Fəxri Məmmədov təqsirləndirilən şəxslərə zərərçəkmişlə barışıq əldə etmək üçün son şans verib.

Bu iş üzrə zərərçəkmiş iş adamı Qurban Piriyevdir. İttihamda yazılıb ki, o, rayonlardan birinin icra başçısı təyin edilməsinə köməklik etmək üçün Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədova 510 min manat pul, 34 min man manatlıq qızıl-zinət əşyaları verib.
Yarım milyonun 150 min manatı ilkin istintaq müddətində Piriyevə geri qaytarılıb. Hazırda isə qaytarılmamış 300 min manat və 34 minlik əşyalar qalıb.
Məsələ burasındadır ki, Zaur Mirzə-Zadə və Qoşqar Məmmədov qalan ziyandan heç nə ödəmir. Rasim İldırım isə zərərçəkmiş tərəfə daha 150 min manat verib söhbəti bağlamaq istəyir. Amma bu təklif də Qurban Piriyevi razı salmır.
Daha əvvəlki iclasda prokuror ittihamların sübuta yetirildiyini açıqlayıb, təqsirləndirilən şəxslərin hərəsinin 12 il azadlıqdan məhrum edilməklə məhkəmə zalında qandallanmalarını tələb edib. İş adamı da ziyanın tam ödənilmədiyi halda müttəhimlərin həbsini dəstəkləyir.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












