Rəşad Baxşəliyev son mənzilə yola salındı - FOTO

Bu gün səhər saatlarında vəfat edən Vətən müharibəsi iştirakçısı, “Azərbaycan” qəzetinin şöbə redaktoru Rəşad Baxşəliyev son mənzilə yola salınıb.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, mərhum Abşeron rayonunun Masazır kənd qəbiristanlığında - anasının məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, iş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edənlər Rəşad Baxşəliyevin həm jurnalist kimi nümunəvi fəaliyyətindən, həm də döyüş meydanındakı şücaətindən söz açaraq, onun işıqlı xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, Rəşad Füzuli oğlu Baxşəliyev 1978-ci ildə Yevlax rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. 2012-ci ildən fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. Qəzetin Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru olub. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.
R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Əmək fəaliyyətində peşəkarlığı və məsuliyyəti ilə seçilən R.Baxşəliyev “Tərəqqi” medalı ilə təltif edilib, “Azərbaycan mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.
Mərhumun iki övladı yadigar qalıb. Oğlu Kooperasiya Universitetinin tələbəsidir.
Allah rəhmət eləsin!

"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












