Rusiya ordusu Ukraynada sərnişin qatarını vurdu: Ölənlər var

Rusiya Ukraynada Odessa vilayətində sərnişin qatarına PUA-larla zərbələr endirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Ukrzaliznıtsya"nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ilkin məlumatlara görə, maşinist və onun köməkçisi həlak olub.
"Cümə axşamı dəmir yolu ailəmiz üçün ağır bir xəbər var. Odessa bölgəsində sərnişin qatarı reaktiv dronun hədəfi olub. İlkin məlumatlara əsasən, hücum nəticəsində iki əməkdaşımız - maşinist və köməkçisi həyatını itirib. Hazırda hadisənin bütün təfərrüatı araşdırılır", - deyə "Ukrzaliznıtsya"nın açıqlamasında bildirilir.
Qeyd olunur ki, təhlükəyə baxmayaraq, lokomotiv briqadası 340 sərnişinin vaqonları təhlükəsiz tərk edə bilməsi üçün qatarı idarə etməyə davam edib. Bütün sərnişinlər və qatar briqadası təxliyə olunub, onların arasında xəsarət alan yoxdur.
Xerson vilayətinə də aviazərbələr endirilib. Vilayətin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiya qoşunlarının bölgəni atəşə tutması nəticəsində ölənlər var.
"Rusiya təcavüzü nəticəsində üç nəfər həyatını itirib, daha 19 nəfər yaralanıb", - deyə o özünün "Telegram" kanalında yazıb:
Prokudin vurğulayıb ki, Rusiya hərbçiləri vilayətin yaşayış məntəqələrinin mühüm və sosial infrastrukturuna, eləcə də yaşayış məhəllələrinə zərbələr endirib. Xüsusilə, 6 çoxmərtəbəli bina və 40 fərdi ev zədələnib.
Bununla yanaşı, çərşənbə günü regionun azad edilmiş icmalarından 8 nəfər təxliyə edilib.
Zaporojye vilayəti də hücuma məruz qalıb. Sözügedən bölgənin hərbi administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, Rusiya ordusu bir gün ərzində bölgənin 52 yaşayış məntəqəsinə zərbə endirib.
"Ümumilikdə, son sutka ərzində işğalçılar Zaporojye vilayətinin 52 yaşayış məntəqəsinə 962 dəfə zərbə endirib. Zaporojye rayonuna edilən hücumlar nəticəsində bir nəfər həlak olub, daha üç nəfər yaralanıb", - deyə o, "Telegram" kanalında qeyd edib.
Rusiyanın idarəolunan aviabombaları Novoivanovkanı da hədəf alıb. Nəticədə yaşayış evləri dağılıb və zədələnib.
Bundan başqa Xarkovun 14 yaşayış məntəqəsinə raketlər, reaktiv yaylım atəşi sistemləri, idarəolunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, nəticədə Sirkuni kəndində 36 yaşlı qadın həlak olub.
"Balakleya şəhərində 4 nəfər xəsarət alıb", - deyə o qeyd edib.
Dnepropetrovsk vilayətində isə üç rayona 10-dan çox hücum edilib. Nəticədə beş nəfər xəsarət alıb və mülki infrastruktur zədələnib. Hərbi administrasiyanın rəhbəri Aleksandr Qanja xəbər verib ki, Kamensk rayonunda Kriniçansk icması hücuma məruz qalıb. Avtomobillərə ziyan dəyib. Üç nəfər xəsarət alıb. Ağır vəziyyətdə olan 34 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Daha iki kişi isə ambulator müalicə alacaqlar.
Nikopol rayonunda isə iki nəfər xəsarət alıb. Hər ikisi orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
“Toyota”nın keçmiş direktoru vəfat etdi
Uçuşda 24 nəfər yaralanmışdı - Pilot marixuana çəkibmiş - VİDEO
Rusiyada şarjda olan avtomobil alışıb yandı - VİDEO
Süni intellekt mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Maşınla vurulan piyada xəstəxanada öldü - FOTO
Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı – VİDEO
Qadın sürücü saxta polis avtomobilində tutuldu
Tiktoker "Bəniz"in həyat yoldaşının cəsədi tapıldı - Türkiyədə
Bir ildir axtarılan qadının meyiti öz həyətindən çıxdı: OĞLU ÖLDÜRÜBMÜŞ - RƏSMİ
28 saat yatmayan sürücü məhkəməyə verildi
Gecə saatlarında “BYD” alovlanıb yararsız hala düşdü - VİDEO










