Rusiyanın Ukraynaya hücumu: Polşa qırıcıları havaya qaldırıldı

Fevralın 11-i səhər saatlarında Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar Polşanın və onun müttəfiqlərinin döyüş təyyarələri havaya qaldırılıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı "X" hesabında məlumat verib.
"Ukrayna ərazisində yerləşən obyektlərə zərbələr endirən Rusiya Federasiyasının hücumu ilə əlaqədar bizim hava məkanımızda Polşa və müttəfiqlərinin təyyarələri fəaliyyətə başlayıb. Qırıcı döyüş təyyarələri havaya qaldırılıb", - deyə məlumatda bildirilib.
Polşa hərbçilərinin məlumatına görə, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyat vasitələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib.
"Görülən tədbirlər təhlükə altında olan bölgələrlə həmsərhəd ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib. Silahlı Qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir, ona tabe olan qüvvələr və vasitələr isə dərhal cavab reaksiyası üçün tam hazır vəziyyətdədir", - deyə Polşa hərbçiləri vurğulayıblar.(oxu.az)
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












