Sabiq rəis cərimələndi; işçisi həbs olundu

Auditorlar Palatasının mənimsəmədə ittiham olunan əməkdaşlarının iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Bu iş üzrə Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova mühakimə edilirdi.
Onlar üçü də xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinib, yalnız Gövhər Əhmədova məhkəmə zalında həbs edilib. O, 5 il azadlıqdan məhrum olunub. Vəli Əhmədova 2 min manat cərimə cəzası kəsilib. F.Novruzova isə hazırda hamilədir. Bu səbəbdən ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, doğulacaq övladı 14 yaşına çatana kimi hökmün icrası təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 700 min manat mənimsəmədə ittiham olunurdular. Prokuror üçünə də 10 il həbs tələb etmişdi.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












