Şabranda çökən yol təhlükə saçır - Nə vaxt bərpa ediləcək, xəbərdarlıq nişanları niyə yoxdur? - VİDEO

Cari il aprelin 16-da ölkə ərazisində yağan aramsız yağışdan sonra Şabran rayonu ərazisindən sel keçib, nəticədə Düzbilici kəndində yolun bir hissəsi tamamilə uçmuşdu.
İndiyədək burada bərpa işlərinin görülməməsi sürücülər üçün təhlükə yaradır. Belə ki, ərazinin bir hissəsində xüsusi xəbərdaredici yol nişanlarının olmaması axşam və gecə saatlarında yolun vəziyyətini bilməyən sürücülər həmin ərazidən keçməyə çalışır, bu zaman təhlükəli vəziyyətlə üzləşirlər.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sürücülər tərəfindən paylaşılan görüntülərdə yolun bərpa edilmədiyi, habelə xəbərdaredici nişanların qoyulmadığı əks olunur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ərazidə qoyulan xüsusi xəbərdaredici yol nişanları bəzi vətəndaşlar tərəfindən kənara atılır, bu da sürücülər üçün çətinlik yaradır:
"Sözügedən ərazidə hadisə baş verdikdən sonra ora nəqliyyat vasitələrinin daxil olmaması üçün xüsusi maneələr və xəbərdaredici yol nişanları qoyulmuşdu. Hazırda digər bir istiqamətdə bu maneələr qalıb. Yolun başqa hissəsində növbəti dəfə gələn sel suları qoyulan maneələri yuyub aparıb. Daha sonra qoyulan xüsusi xəbərdaredici yol nişanları bəzi vətəndaşlar tərəfindən kənara atılıb. Bunun hansı səbəbdən edildiyi məlum deyil. Hazırda yenidən ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi və maneələrin qoyulması üçün tapşırıq verilib".
Yolun nə zaman bərpa ediləcəyi ilə bağlı danışan Anar Nəcəfli vurğulayıb ki, bununla bağlı təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim olunub:
"Maliyyə vəsaitinin ayrılmasından sonra tərəfimizdən sözügedən istiqamətdə lazımi işlər görüləcək".
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












