Sakinlərin etirazına səbəb olan YDM tikintisi: "Bizim üçün təhlükədir" - VİDEO

Qazax rayonunun İkinci Şıxlı kəndinin bir qrup sakini Baku TV-nin qaynar xəttinə müraciət edib.
Sakinlər iddia edirlər ki, yaşayış evlərinin yaxınlığında yanacaqdoldurma məntəqəsi inşa edilir və bu, onların həyatı və əmlakı üçün təhlükə yarada bilər.
Sakinlərin sözlərinə görə, ərazidə tikinti işləri 2025-ci ildən aparılır. Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Etirazlardan sonra tikinti işlərinin müəyyən müddət dayandırıldığını, lakin bir neçə ay sonra yenidən başladığını deyirlər.
Sakinlər obyektin evlərə çox yaxın məsafədə yerləşdiyini iddia edirlər. Onların sözlərinə görə, tikinti nəticəsində təsərrüfat sahələrinə və heyvanların çıxarılması üçün istifadə olunan yollara giriş də çətinləşib.
"Biz burada yaşaya bilmirik. Təsərrüfatımız, mal-qaramız var. Yanacaqdoldurma məntəqəsi evə bitişikdir. Uşaqlar məktəbə gedirlər, yol tapa bilmirlər", - deyə şikayətçi narazılığını dilə gətirib.
Baku TV məsələ ilə bağlı tikintini həyata keçirən tərəfin də mövqeyini öyrənib. Şirkət nümayəndəsi sakinlərin iddialarını əsassız və qərəzli hesab edir:
"Sakinlərin bildirdiyi tam olaraq əsassızdır, qərəzlidir və şər-böhtan xarakteri daşıyır. Hər şeyi bir nəfər vətəndaş təşkil edir. Həmin şəxs də bizə məlumdur və onun barəsində qanunvericiliyə uyğun tədbir görüləcək".
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












