Saxta pasportla Fransaya getmək istəyən əcnəbi Bakıda HƏBS EDİLDİ

Bakıda hava limanında əcnəbi vətəndaş saxlanılıb.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, buna səbəb onun sərhəd nəzarəti məntəqəsinə saxta sənəd təqdim etməsidir.
İttiham aktına görə, Banqladeş Xalq Respublikasının vətəndaşı olan 25 yaşlı Ho Al Avropa ölkələrində işləmək məqsədilə əvvəlcə Şri-Lankaya gedib. Burada o, özünü turizm işçisi kimi təqdim edən Ariflə tanış olub və Avropaya getmək üçün ona 5 min dollar pul verib. Arif də Ho Alın fotosu və məlumatlarından istifadə edərək, saxta Şri-Lanka pasportu hazırladıb. O, bu üsulla Şri-Lankanın paytaxtı Kolombodan Dubaya, oradan da Bakıya gəlib. Banqladeşli Fransaya getməyi planlaşdırıb və Arifdən aldığı pasportu sərhəd nəzarəti məntəqəsinə təqdim edib.
Bu zaman sərhədçilər sənədin saxta olduğunu müəyyən edərək, onu saxlayıblar.
Nəticədə Ho Al barəsində cinayət işi başlanıb. O, ifadəsində əməlindən peşman olduğunu deyib və öz ölkəsinə ekstradisiya olunması üçün kömək istəyib.
Məhkəmənin qərarı ilə Banqladeş vətəndaşı 7 ay müddətinə azadlıqdan məhrum edilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












