Şəhər meri rüşvətə görə saxlanıldı

Ukraynanın Odessa vilayətində şəhərlərdən birinin meri saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) "Telegram" kanalında məlumat yayıb.
"Vəzifəli şəxs xarici investisiyalı şirkətin nümayəndəsindən 35 min ABŞ dolları məbləğində qanunsuz qazanc əldə etməyə cəhd göstərib. Bu məbləğ qarşılığında mer beynəlxalq podratçılara liman şəhərində külək elektrik stansiyasının tikintisi üçün icazə sənədlərinin maneəsiz şəkildə razılaşdırılacağını vəd edib", - deyə məlumatda vurğulanıb. Toyuqlu pizza
UTX əməkdaşları şəhər merinin cinayət fəaliyyətini sənədləşdirib və onu pulu alarkən yaxalayıblar.
Vəzifəli şəxsə qarşı xüsusilə məsuliyyətli vəzifə tutan şəxs tərəfindən qanunsuz qazanc təklifinin, vədinin qəbul edilməsi və ya əldə edilməsi maddəsi ilə ittiham irəli sürülüb. Onu əmlakı müsadirə olunmaqla 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Həmçinin onun barəsində qətimkan tədbirinin seçilməsi və tutduğu vəzifədən kənarlaşdırılması məsələsinə baxılacaq.
Öz növbəsində, "Dumskaya" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirib ki, söhbət Kiliya şəhərinin meri Vyaçeslav Çernyavskidən gedir./Oxu.az
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB













