Separatçıların məhkəməsində kütləvi cinayət sübutları açıqlandı - FOTO

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi çoxsaylı cinayət faktlarını məhkəmənin diqqətinə çatdırıb.
O, həmçinin təqsirləndirilən Arayik Harutyunyanın Ermənistan tərəfindən yaradılan və himayə olunan cinayətkar birlikdəki roluna dair sübutlara istinad edərək, onun apellyasiya şikayətinin əsassız olduğunu bildirib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Anar Ələkbərov vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində törədilən çoxsaylı cinayətlər üzrə toplanmış sübutları təqdim edib.
Anar Ələkbərov, həmçinin Bako Sahakyanın cinayətkar fəaliyyətinə dair konkret sübutlara diqqət çəkərək təqsirləndirilən şəxsin apellyasiya şikayətinin əsassız olduğunu məhkəmənin diqqətinə çatdırıb.
Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə prokuroru Sevinc Qasımova isə Arkadi Qukasyanın ittiham olunduğu cinayətlərə dair sübutlara istinad edərək, onun apellyasiya şikayətinin əsassız olduğunu bildirib.
Dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin bildiriblər ki, birinci instansiya məhkəməsində cinayət işi üzrə bütün sübutlar hərtərəfli, tam və obyektiv qaydada araşdırılıb, iş materiallarında əksini tapan hallar zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar, sənədlər, hadisə yerinə baxış protokolları və digər sübutlarla təsdiq edilib.
İttiham tərəfi çıxışlarında təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək arqumentlərini səsləndiriblər.
Məhkəmənin növbəti iclası iyulun 27-də keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
















Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












