Sərxoş kişi küçədə avtomobili saxlatdırdı, etiraz edən oğlunu qətlə yetirdi

Gədəbəy rayonunda ata doğma oğlunu qətlə yetirib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 15-də saat 22 radələrində Gədəbəy rayonu, Slavyanka kəndində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü İlqar İlyasov evində oğlu, 1988-ci il təvəllüdlü Rəşad İlyasovla mübahisə edib. Mübahisə İlqar İlyasovun sərxoş vəziyyətdə kənd ərazisində hansısa sürücüyə əl etməsi olub. Bu məsələni oğlu İlqar eşidib və evə gələrək atasından kiminsə avtomobilinə əl etməsinin səbəbini soruşub. Sərxoş vəziyyətdə olan İlqar İlyasov heç bir avtomobilə əl etmədiyini bildirib və ata-oğul arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və sərxoş vəziyyətdə olan İlqar mətbəx bıçağı ilə Rəşada kürək nahiyəsindən zərbə endirib. Rəşad aldığı xəsarətdən qan itirərək dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən mərhumun atası 1966-cı il təvəllüdlü İlqar Ləzim oğlu İlyasov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb və İ.İlyasov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə İ.İlyasov 9 il azadlıqdan məhrum edilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












