Sərxoş kişi polisə yalan məlumat verdi, 8 sutka həbs olundu

Gəncə şəhərində polisə yalan məlumat verən şəxs saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki mənzillərdən birində baş verib.
Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran İsayev (ad və soyad şərtidir) yanvarın 1-i saat 3 radələrində Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub. O, evində döyüldüyünü bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları K.İsayevin döyülmədiyini, sərxoş vəziyyətdə olduğunu aşkarlayıblar. Polis onu spirtli içki müayinəsinə dəvət edərkən Kamran bundan imtina edib və nalayiq ifadələr işlədib, səs-küy salıb.
Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətirib, barəsində inzibati protokol tərtib edərək məhkəməyə göndəriblər.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə K.İsayev 8 sutka həbs edilib (Oxu.az).
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












