Sərxoş sürücünün vəkili Konstitusiya Məhkəməsini çətinə saldı - Qəribə hadisə - FOTO

Rusiyanın Mari Respublikasında keçirilmiş məhkəmə prosesi bütün ölkənin diqqət mərkəzindədir.
Avtosfer.az xəbər verir ki, ötən il yol polisi motoblok (ikitəkərli mini traktor) sürücüsünü sərxoş olduğu üçün saxlayıb və traktor idarə etmək üçün olan vəsiqəsini alaraq cərimələyib.
Bundan sonra sərxoş sürücü məhkəməyə müraciət edərək qərarın ləğvini tələb edib. Onun vəkili prosesdə bildirib ki, motoblok nəqliyyat vasitəsi olmadığı üçün polisin hərəkəti qanunsuzdur.

Bu iddiaya cavab verə bilməyən hakim Konstitusiya Məhkəməsinə sorğu göndərib. Sorğuda motoblokun nəqliyyat vasitəsi olub-olmadığı barədə sual ünvanlanıb.
Konstitusiya Məhkəməsinin bu gün göndərdiyi cavabda göstərilir ki, hansısa texnikanın nəqliyyat vasitəsi olub-olmadığını müəyyən etmək məhkəmənin səlahiyyətində deyil, aidiyyatlı dövlət qurumunun işidir. Buna görə də hakim yenidən Daxili İşlər Nazirliyinə cavab verməlidir.
Vüqar Yaşaroğlu
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












