Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? - Ekspertiza rəyi açıqlandı

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbvər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə barədə təkrar kompleks stasionar məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının rəyi açıqlanıb.
E.Ağacanov ekspertiza rəyinə əsasən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.
Prosesdə həmçinin mərhum İradə Muradovanın hüquqi varisi iştirak etmədiyi məlum olub.
Bu səbədən məhkəmə qeyri müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda qeydə alınıb.
Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub.
İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub
Onu da qeyd edək ki, “Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, cinayət işinin istintaqı zamanı Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.
Prospektdə təhlükə yaradan piyada maşına çırpılmaqdan son anda xilas oldu - VİDEO
Suda üzə bildiyi deyilmişdi, göldə batdı - FOTOLAR
Ebolanın yeni ştamı yayıldı - müalicəyə tabe olmur
Xırdalanda yeniyetmə maşının altında qalmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
Avtomobil piyadanı vurdu: "AzParking" heyəti vətəndaşın həyatını xilas etdi - VİDEO
Xırdalanda qayda pozan piyadalar təhlükəli vəziyyət yaratdı - VİDEO
Elektron siqaretə görə tələbənin ağciyərləri sıradan çıxdı
İnşaat materialları yandı, körpü əyildi - FOTO
Qobustandakı magistral yol niyə çöküb? - Ekspert səbəbləri AÇIQLADI - FOTO
Ucarda 46 yaşlı kişini maşın vurub öldürdü - Sürücü ərazidən qaçdı
Oğul anasını traktorla vurub öldürdü








