"Stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu

Keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxışına "stop" qoyulması barədə məlumat vermişdik.
Avtosfer.az xəbər verir ki, bu barədə "Qaynarinfo" xatırladır ki, Rahim Hüseynovun qanuni təmsilçisi olduğu Təfəkkür Universitetinin 24 415,41 manat vergi borcu olduğuna görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Həşimova da borc ödənilədək Rahim Hüseynovun ölkədən çıxışının məhdudlaşdırılması barədə qətnamə çıxarıb.
Əldə etdiyimiz yeni məlumatlarda isə deyilir ki, Təfəkkür Universitetinin dövlətə borcu 24 415,41 manatla məhdudlaşmır. Universitetinin Dövlət Sosial Müdafiə Fonduna 345 271,08 manat, işsizlikdən sığorta fonduna 1 862,63 manat, İcbari Tibbi Sığorta Fonduna isə olan 4 739,46 manat borcu var.
Beləliklə, aydın olur ki, universitetin ümumilikdə dövlətə 376 288,58 manat borcu var.
Təfəkkür Universiteti 21 oktyabr 1998-ci ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 470 808,4 manat olub.
Rahim Hüseynov bu universitetinin təsisçilərindən biridir. O, "Təfəkkür"də prorektor vəzifəsində çalışıb. 2016-cı ildə universitetin akkreditasiya müddəti bitib. Bundan sonra Elm və Təhsil Nazirliyi universitetin akkreditasiyasının keçirilməməsi barədə qərar qəbul edib.
2023-cü ildə Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev həbs edilib. Universitetin təsisçilərindən olan Tariyel Əhmədovun qətlinin sifariş etməkdə təqsirləndirilən Müşfiq Atakişiyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












