Sumqayıtda yararsız dayanacaq narazılıq yaratdı - AYNA cavab verdi

Sumqayıt şəhərində avtovağzal ərazisində yerləşən ictimai nəqliyyat dayanacağının yararsız vəziyyətdə qalması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Bildirilib ki, şəhərin mərkəzində yerləşən dayanacaq uzun müddətdir qəzalı və istifadəyə yararsız vəziyyətdədir. İddialara görə, buna baxmayaraq, dayanacağın yenilənməsi və ya təmiri istiqamətində indiyədək heç bir tədbir görülməyib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) fakt təsdiqlənib.
"Bu, Sumqayıtda daha əvvəl quraşdırılan dayanacaqdır və həm onun, həm də ərazidəki səkinin vəziyyəti qənaətbəxş deyil. Qeyd etmək istərdik ki, Sumqayıt şəhərində avtobus dayanacaqları AYNA-nın səlahiyyətinə 28 noyabr 2025-ci il tarixindən keçib. Sumqayıt şəhərində təhlil aparılıb və yaxın vaxtlarda bu dayanacaq daxil 20-dən çox dayanacaq dəyişdiriləcək", - deyə məlumatda bildirilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












