Sürücü əl əyləcini çəkməyi unutdu, maşın dənizə düşdü - VİDEO
Türkiyənin Ədirnə şəhərinin Keşan rayonunda əl əyləcini çəkməyi unudan sürücünün avtomobili dənizə düşüb. Hadisə Saros körfəzi sahilində yerləşən Yayla kəndinin limanında baş verib.
Avtosfer.az xəbər verir ki, bayram tətilində çimərlik istirahəti üçün bölgəyə gələn, kimliyi hələlik müəyyənləşdirilməmiş sürücü avtomobilini Yayla Limanında park edib. Lakin əl əyləcini çəkmədən avtomobildən enərək çimərliyə yollanıb. Bir müddət sonra maşın hərəkət edərək birbaşa dənizə düşüb.
Hadisə şahidlərinin xəbərdarlığı ilə vəziyyətdən xəbər tutan sürücü dərhal jandarma və xilasetmə qruplarına məlumat verib. Avtomobil kranın köməyi ilə təxminən 2 metr dərinlikdən çıxarılıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Avtomobilə isə ciddi maddi ziyan dəyib.
Eltac Zülfüqaroğlu
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












