Sürücülər müşahidə kameralarına görə şəhər hakimiyyətini məhkəməyə verdilər

ABŞ-nin Kaliforniya ştatının San-Xose şəhərindən olan üç sürücü şəhər rəhbərliyinə və yerli polisə qarşı kollektiv iddia qaldıraraq, hüquq-mühafizə orqanlarını 500 kameradan ibarət "Flock Safety" şəbəkəsindən istifadə üçün məhkəmə orderi almağa məcbur etməyi tələb ediblər.
Avtosfer.az "NBC News" telekanalına istinadən xəbər verir.
Süni intellektə əsaslanan texnologiya avtomobillərin nömrələrini və hərəkətlərini qeydə alır. İddiaçılar isə bildirirlər ki, bu məlumatlar order olmadan ümumi məlumat bazalarında saxlanılır.
İddiada deyilir ki, bu cür nəzarət ABŞ Konstitusiyasının dördüncü düzəlişini pozur. Həmin düzəliş hakimiyyət orqanlarına əsassız axtarış və müsadirələr aparmağı qadağan edir. Son 30 gün ərzində kameralar 2,8 milyon keçidi qeydə alıb, polis isə məlumat bazasına 4 099 dəfə müraciət edib. Eyni zamanda, Kaliforniya üzrə məlumatlara minlərlə dövlət əməkdaşı çıxış əldə edə bilir.
San-Xose hakimiyyəti artıq məlumatların saxlanma müddətini bir ildən bir aya endirib. "Flock Safety" şirkətinin nümayəndələri bildirirlər ki, məhkəmələr bu texnologiyanı konstitusiyaya uyğun hesab ediblər. Lakin iddiaçılar israr edirlər ki, kameralar həssas məkanlarda - hospislər, xəstəxanalar və immiqrasiya hüquqşünaslarının ofisləri yaxınlığında quraşdırılıb. Sürücülər, həmçinin order olmadıqda bütün görüntülərin 24 saat ərzində silinməsini tələb edirlər.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












