Sürücüsüz taksi cinayət yerinə girdi - Gözlənilməz insident

İngiltərənin paytaxtı Londonda sınaq mərhələsində olan sürücüsüz taksi gözlənilməz insidentə səbəb olub.
Avtosfer.az xəbər verir ki, polis tərəfindən mühasirəyə alınmış cinayət yerinə daxil olan nəqliyyat vasitəsi potensial qəzanı son anda önləyib.
Hadisə şəhərin Harlesden bölgəsində baş verib. Sürücü və sərnişin olmayan avtomobil polis təhlükəsizlik xəttini keçərək, birbaşa hadisə yerinə daxil olub. Ərazidə olan polis əməkdaşları sürücü oturacağında heç kimin olmamasını görəndə qısa müddət çaşqınlıq yaşayıblar.
Sonra nəqliyyat vasitəsi geri çəkilərək, ərazidən uzaqlaşıb. Hadisə ətrafdakı kameralar tərəfindən qeydə alınıb.
ABŞ-də yerləşən və yaxın aylarda Londonda sürücüsüz taksi xidmətini istifadəyə verməyi planlaşdıran şirkət məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, avtomobildə sərnişin olmayıb və nəqliyyat vasitəsi uzaqdan qoşulmuş nəzarətçi tərəfindən əl rejimində idarə olunub. Şirkət həmin sürücünün işdən azad edildiyini də açıqlayıb.
Qeyd olunub ki, əgər avtomobil tam avtonom rejimdə olsaydı və təhlükəsizlik xəttini düzgün tanısaydı, sistem avtomatik olaraq dayanacaqdı. Şirkət baş verən nasazlığa görə üzr istəyərək, araşdırmaların davam etdiyini bildirib./qafqazinfo
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












