Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu

Bakıda taksi sürücüsü ilə müştəri arasında insident baş verib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt sakini N.İsmayılova polisə müraciətində Nərimanov rayonu ərazisində müştərisi olduğu taksinin sürücüsünün onu təhqir etdiyini deyib.
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən 2003-cü il təvəllüdlü taksi sürücüsü M.Məmmədov barəsində inzibati protokol tərtib edilib.
O, ifadəsində bildirib ki, sərnişini təhqir etməyib, əksinə özü təhqirlə üzləşib:
“Həmin vaxt bir nəfər qadın taksidə idi. Atam ürək xəstəsi olduğundan, onunla mobil telefonla danışırdım, bununla bağlı xanımdan icazə də istəmişdim.
Lakin xanım qorxduğunu deyib iradlar bildirdi, daha sonra bir nəfər kişiyə zəng edərək onunla danışmağımı istədi. Həmin şəxs telefonda məni təhqir etdiyi üçün xanımı aparmaqdan imtina etdim. Həmin şəxs mənə hədə-qorxu gəldiyindən narahat olub belə bir addım atdım. Bu vaxt özüm də “102”yə zəng etdim, polis çağırdım. Polis də gəlib bizi bölməyə apardı. Xanımı təhqir etməmişəm, ona qarşı hər hansı qanunsuz hərəkətə yol verməmişəm. Əksinə telefondakı şəxs məni təhqir edib”.
Nərimanov Rayon Məhkəməsi 23 yaşlı sürücünün əməlində inzibati xəta müəyyən etmədiyindən icraata xitam verilib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












