Tanışını 20 manat borca görə öldürmək istədi - Cinayət işi

Dostunun ona borc verdiyi 20 manatı istədiyi üçün bıçaqlayan Xəyal Hüseynovun cinayət işinin bəzi detalları məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, 2025-ci ilin yanvarında Xəyal Hüseynovun tanışı Elnur Məmmədov onun yaşadığı ünvana gəlib borc verdiyi 20 manat pulunu söz verdiyi vaxtda geri qaytarmadığına görə iradını bildirib.
Belə olan halda, tərəflər arasında sözlü mübahisə yaranır. Elnurun onun ünvanına nalayiq sözlər deməsini bəhanə edən Xəyal köşkdə olan məişət təyinatlı bıçağı götürüb Elnurun üzərinə hücum çəkir və onu öldürmək qərarına gəlir.
Xəyal Hüseynov əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Elnur Məmmədovu qəsdən öldürmək məqsədilə əlində tutduğu bıçaqla bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr yetirməklə yerə yıxıb.
Sonra onun üzünə sıyrıq atıb, döş qəfəsinə, qoltuqaltı və boyun nahiyələrinə ümumilikdə 6 bıçaq zərbəsi vurub.
Həmin vaxt orada olan Səbuhi Əliyev davaya müdaxilə edərək Xəyalın hərəkətlərinin qarşısını alıb və bu anda Elnur Məmmədov Xəyalın bıçaq zərbələrindən yayınaraq dərhal hadisə yerindən qaçıb.
Bununla da Xəyal Hüseynova qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3-cü (Xuliqanlıq, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılır.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












