Tanışlarının telefonunu satıb pulunu xərclədi, məhkum edildi

Bakıda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Elvin Əzimov (şərti) eyni evdə kirayədə yaşadığı tanışını aldadaraq ona məxsus "iPhone 13” markalı mobil telefonu ələ keçirib. O, telefonunun kamerasının işləmədiyini və qısa müddətə telefona ehtiyacı olduğunu bildirərək zərərçəkmiş şəxsi inandırıb. Daha sonra isə telefonu sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.
İstintaqla müəyyən olunub ki, ümumi dəyəri 1811,39 manat olan mobil telefon "Kontakt Home” mağazalar şəbəkəsindən nisyə qaydada alınıb. Hadisə nəticəsində zərərçəkmiş şəxsə 912 manat, şirkətə isə 903,39 manat məbləğində maddi ziyan dəyib.
Elvin Əzimovun digər dələduzluq əməli isə sosial şəbəkədə qeydə alınıb. O, "TikTok” platformasında tanış olduğu şəxsin dostunun adına saxta profil yaradıb. Daha sonra "WhatsApp” vasitəsilə zərərçəkmiş qadına yazaraq guya yol-nəqliyyat hadisəsi törətdiyini və pula ehtiyacı olduğunu bildirib.
Zərərçəkmiş şəxs onun dediklərinə inanaraq iki dəfə olmaqla ümumilikdə 800 manatı "M10” elektron pulqabı vasitəsilə göndərib. Təqsirləndirilən şəxs həmin vəsaiti də şəxsi ehtiyaclarına sərf edib.
Məhkəmə iclasında ifadə verən müttəhim özünü verilmiş ittiham üzrə tam təqsirli bilib. O bildirib ki, kirayə pulunu ödəyə bilmədiyi üçün bu addımları atıb. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlərlə barışdığını və vurulan ziyanın bir hissəsini ödədiyini deyib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət nəzərə alınaraq üzərində qəti olaraq 1 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












