Təkrar mədəkiçiltmə əməliyyatı ciddi fəsadlar yaratdı - VİDEO

Şikayətçi Anar İsazadə Baku TV-yə müraciət edərək keçirdiyi mədəkiçiltmə əməliyyatlarından sonra ciddi sağlamlıq problemləri ilə üzləşdiyini bildirib.
Anar İsazadə deyir ki, artıq çəki problemindən əziyyət çəkdiyi üçün 2017-ci ildə mədəkiçiltmə əməliyyatı olub.
Şikayətçinin sözlərinə görə, bir müddət sonra yenidən kökəlməyə başlayıb və ikinci əməliyyatın mümkün olduğu bildirilib.
Ona "Modern Hospital"da çalışan həkim Taryel Ömərov tövsiyə olunub və əməliyyatdan sonra problemlər başlayıb:
"On gündən sonra hərarətim qalxdı. Həkimlə əlaqə saxladım, dedi ki, klinikaya yaxınlaş. Rentgen etdilər və hər şeyin qaydasında olduğunu söylədilər. Məni evə göndərdilər".
Anar İsazadə bildirib ki, bundan sonra vəziyyəti daha da ağırlaşıb:
"Kürək nahiyəmdə şiddətli ağrılar başladı. Müəyyən olundu ki, qida borumda fistula yaranıb. Qida boruma stend qoyuldu, amma iki ay sonra yenidən fistula yarandı. Qida və su qəbul edəndə öskürək tuturdu. Ümumilikdə, 2024-cü ildə səkkiz dəfə əməliyyat keçirmişəm. Mədəni tamamilə götürdülər, bağırsağı qida borusuna birləşdirdilər".
Anar İsazadə hazırda məhkəməyə müraciət etməyə hazırlaşdığını deyib.
Əməliyyatı həyata keçirən həkim Taryel Ömərov isə iddialarla razılaşmadığını bildirib:
"Biz 2023-cü ilin iyul ayının 28-də Anar bəyi təkrar mədəkiçiltmə əməliyyatı etdik. Ondan sonra o, normal şəkildə həyatına davam edib".
Taryel Ömərov qeyd edib ki, problem əməliyyat sahəsi ilə əlaqəli olmayıb:
"2024-cü ildə aparılan müayinələr zamanı qida borusunda təxminən 2 millimetrlik xırda bir dəlik aşkar olundu. Halbuki biz əməliyyatı qarın boşluğunda aparmışıq. Bu proses bizim əməliyyat sahəmizdən təxminən iki santimetr yuxarıda baş verib".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, əməliyyatı icra edən həkim Taryel Ömərovun adı Səhiyyə Nazirliyinin Tibb İşçilərinin Vahid Reyestrində var, həmçinin cərrah kimi çalışması üçün müvafiq sertifikatı mövcuddur:
"Cərrah Taryel Ömərovun fəaliyyəti ilə bağlı bu vaxtadək Analitik Ekspertiza Mərkəzinə heç bir rəsmi şikayət daxil olmayıb. Sorğuda qeyd edilən əməliyyatın üzərindən 4 aydan çox vaxt keçdiyi üçün inzibati xətanın müddəti bitib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 38.1 bəndinə müvafiq olaraq, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gec 4 ay keçənədək qüvvədə olur. Bu isə göstərilən faktla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada Mərkəz tərəfindən uyğun tənbeh tədbirinin icrası üçün məhdudiyyət yaradır. Belə olan halda vətəndaş təsdiqedici sənədlərlə prokurorluğa müraciət etməlidir".
Daha ətraflı süjetdə:
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Məzun gecəsi qalmaqalı: Təşkilatçı şirkətin rəhbərliyi polisə çağırıldı?
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO










