Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - VİDEO

Yunanıstandan Almaniyaya uçan “Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsində havaya qalxdıqdan qısa müddət sonra yaşanan insident sərnişinlər arasında böyük panikaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, Salonikidən Memmingenə uçan “Boeing 737-800” təyyarəsi təxminən 20 min fut yüksəklikdə olarkən güclü partlayış səsi eşidilib.
İlkin ehtimallara əsasən, mühərrikdən qopan detal sərnişin pəncərələrindən birinə dəyərək onu sındırıb.
Hadisə zamanı pəncərənin yanında əyləşən 61 yaşlı serbiyalı sərnişinin başı və çiyinləri qəfil hava axınının təsiri ilə təyyarədən çölə çıxıb. Təhlükəsizlik kəmərinin bağlı olması daha ağır nəticələrin qarşısını alıb.
Sərnişinin həyat yoldaşı və təyyarədə olan digər şəxslər onu ayaqlarından tutaraq salona qaytarmağa çalışıblar. Təxminən beş dəqiqə davam edən gərgin anlarda təyyarədəki oksigen maskaları avtomatik açılıb.
Hadisədən sonra pilot marşrutu dəyişərək təcili şəkildə Saloniki hava limanına eniş edib. Aviaşirkətin yaydığı açıqlamada bildirilib ki, təyyarə təhlükəsiz şəkildə yerə endirilib və sərnişinlər başqa bir reyslə səfərlərini davam etdiriblər.
Boyun nahiyəsindən xəsarət alan və bədənində sıyrıqlar yaranan 61 yaşlı sərnişin xəstəxanaya çatdırılıb. Təyyarədə olan hamilə qadın da ehtiyat tədbiri olaraq tibbi müayinədən keçirilib. Hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












