“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs

“TikTok”da başqasına aid şəkilləri ələ keçirərək saxta hesab vasitəsilə hədə-qorxu ilə pul tələb edən şəxs cinayət məsuliyyətinə cəlb olunub. Avtosfer.az Xitab24.az-a istinadla xəbər verir ki, bu işdə 1993-cü il təvəllüdlü Qənimət Göyüşov (ad-soyad şərtidir) təqsirləndirilib. Məlum olub ki, Qənimət qadına məxsus fotoları sosial şəbəkədən əldə edərək, saxta hesab yaradıb. O, yaratdığı saxta hesaba seks işçisi görüntüsü verib və pul qarşılığında münasibət təklif edib. Maraqlıdır ki, Qənimət Göyüşov zərərçəkmişi “TikTok”da canlı yayımda hədələyib. O, qarşı tərəfdən qiyməti 54 dollar (92 AZN) olan hədiyyə jeton istəyib. Əks halda onu rüsvay etməklə hədələyib. Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












