Tuneli bağlayıb əyləndilər – cəriməsi ağır oldu

İstanbulun Kağıthane Tunelində 28 sentyabrda avtomobilləri ilə əsgər yola salan bir qrup şəxs yolu bağlayaraq digər sürücülərin hərəkətinə mane olub.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, Tuneldə yaranan tıxacdan narahat olmayan qrup üzvləri, əsgərliyə yola saldıqları şəxs üçün şənlik edib.
Tunel kamerasına əks olunan görüntülər polis tərəfindən araşdırılaraq hadisə ilə bağlı şəxslərin kimliyi müəyyənləşdirilib. Nəticədə H.K. (34), U.K. (23), M.A. (29), O.Ö. (30), A.A. (22), F.Ç. (29) adlı sürücülər və F.D. (23), S.E. (21), E.Y. (20), M.B. (20) saxlanılıb.
Şübhəlilərdən 6 nəfəri polis idarəsindəki ifadələrindən sonra sərbəst buraxılıb. Məhkəməyə çıxarılan digər 4 nəfər isə məhkəmə qərarı ilə məhdudiyyət şərti ilə azadlığa buraxılıb.
Bundan əlavə, 10 şübhəliyə "Yol Hərəkəti Haqqında" Qanunun müvafiq maddələrinə əsasən ümumilikdə 27 min 894 türk lirəsi cərimə tətbiq edilib.(sonxeber.az)
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












