Türkiyədə daha bir məktəbə silahlı hücum - Ölən var - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərdən birinə silahlı hücum edən şagird özünə qəsd edib.
Avtosfer.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, şagird məktəbə 5 silah və 7 daraqla gəlib.
Qeyd olunub ki, hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.
Hadisə yerinə çox sayda hökumət və dövlət rəsmisi yollanıb.
***16:00
Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insidenti törədən şəxs öldürülüb.
Avtosfer.az "NTV" telekanalına istinadən xəbər verir ki, bununla bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat yayıb.
O bildirib ki, hücum edən şəxs həmin məktəbin 8-ci sinif şagirdi olub.
***
Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident zamanı dörd nəfər ölüb.
Avtosfer.az "NTV" telekanalına istinadən xəbər verir ki, bununla bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat yayıb.
O bildirib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.
***
Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölənlər və xəsarət alanlar var.

Məlumata görə, insident yerinə çoxlu sayda polis və tibb qrupları göndəriliblər.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Şanlıurfa bölgəsindəki liseydə silahlı insident baş vermişdi.



"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












