Ukraynaya oxumağa gedən Əli evinə tabutda qayıdıb - VİDEO

Ukraynaya gəmi kapitanı olmaq üçün təhsil almağa gedən azərbaycanlı tələbə Əli Mehdiyev Rusiya dronunun hücumu nəticəsində həyatını itirib.
Avtosfer.az “İTV”yə istinadən xəbər verir ki, avqustun 31-də Ukraynanın Odessa şəhərinə edilən dron hücumu nəticəsində 19 yaşlı Əli ağır yanıq xəsarətləri alıb və 6 gün ölüm-dirim savaşı verib.
Babası Şahəddin Əliyev Əlinin onun böyük nəvəsi olduğunu qeyd edib: “Onu hamısından çox istəyirdim. Arzuları ürəyində qaldı. Anasına deyirdi ki, işləyib-qazanacaq və zəhməthaqqından kasıb-kusuba da verəcək”.
Atası Vüqar Əliyev isə Əlinin onlayn təhsil aldığını bildirib: “Amma təsdiqlənməsi üçün 190 gün Ukraynada qalmalı idi. Biz Əlini ona görə göndərdik. Həmin vaxt ara sakit idi”.
Anası İradə Mehdiyeva isə Əlini qərarından döndərməyə çalışsa da, buna müvəffəq ola bilmədiyini vurğulayıb: “Ona neçə dəfə təklif etdim ki, bəlkə başqa sənət seçəsən. Dedi ki, yox, gələcəyin kapitanı olmaq istəyir”.
Həmin gün çox narahat idim. İşdə qızlar da deyirdi ki, sənə nə olub. Dedim, özümü çox pis hiss edirəm, sanki içimdə ağır bir hiss var. Atası zəng edəndə, hiss etdim ki, nəsə olub. Qrup yoldaşı xəstəxanaya Əlinin yanına gedəndə, son dəfə onun səsini onda eşitdim. Ağladı, dedi ki, ana, mən yandım”.
Vəziyyəti ağırlaşan Əli Mehdiyevi Lvovdakı xəstəxanaya köçürsələr də, artıq gec olub. Drondakı zəhərli qazlar onun ciyərini və qanını zəhərləyib.
Əli Mehdiyev sentyabrın 7-də saat 00:01-də vəfat edib.
Ətraflı videomaterialda:
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












