Uşaqlara skuter alan 30-dan çox valideyn məhkəmə qarşısında - BU ÖLKƏDƏ

İsveçdə ilin əvvəlindən bəri ən azı 34 valideyn uşaqlarına sürət və mühərrik gücü ilə bağlı müəyyən edilmiş hədləri aşan elektrik skuterlərini idarə etməyə icazə verdiklərinə görə ittiham olunub.
Avtosfer.az xəbər verir ki, İsveç qanunvericiliyinə əsasən, saatda 20 kilometrdən artıq sürətlə hərəkət edə bilən və mühərrik gücü 250 vatdan çox olan elektrik skuterləri velosiped kateqoriyasına aid edilmir, motorlu nəqliyyat vasitələri kimi təsnif olunur.
Valideynlər bu cür elektrik skuterlərini əksər hallarda 15 yaşına çatmamış uşaqları üçün alıblar. Polis yoxlamaları zamanı bəzi modellərin saatda 50–60 kilometr sürətlə hərəkət edə bildiyi müəyyənləşdirilib. Valideynlər əməllərini, əsasən, qaydaları bilməmələri və uşaqlarının dostlarında da belə elektrik skuterlərinin olması ilə izah ediblər.
Höteborq şəhərinin yol polisi əməkdaşlarının sözlərinə görə, problem getdikcə daha ciddi xarakter alır. Bəzi elektrik skuterləri saatda 70–100 kilometr sürət yığa bilir ki, bu da uşaqlar üçün xüsusilə təhlükəlidir.
Ötən il İsveçdə elektrik skuterlərinin iştirakı ilə baş verən hadisələr nəticəsində 7 nəfər həlak olub, 6624 nəfər xəsarət alıb. Zərərçəkənlərin sayı əvvəlki illə müqayisədə 38 faiz artıb. Uşaq və gənclər arasında xəsarət alanların sayında nəzərəçarpacaq artım qeydə alınıb./azertac
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












