Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "Azros-PL” MMC-nin qanuni təmsilçisi Əmirova Ruziyə Mehti qızı arasında qalmaqal yaşanır.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, qalmaqalın kökündə Ruziyə Əmirovanın rəhbərlik etdiyi şirkətin dövlət büdcəsinə 5 068 294,16 manat borcu yaranması dayanır.
Həmin borc ödənilmədiyinə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. İdarə ərizəsində xanım sahibkarın ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasını tələb edib.
Birinci instansiya məhkəməsi qurumun ərizəsini təmin etməyib. İdarə qərardan apelyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məhkəmələrin bu mövqeyinə səbəb tərəflər arasında bu məsələ ilə bağlı çoxsaylı məhkəmə çəkişmələrinin olması ilə bağlıdır.
Ruziyə Əmirovanın nümayəndəsi iddia edib ki, hüquqi şəxsə əsassız olaraq vergi borcları yazılıb. Onun sözlərinə görə, qurumun yazdığı borclar inzibati qaydada mübahisələndirilib. Nümayəndə əlavə edib ki, həmin borcların heç bir əsası yoxdur.
Nümayəndəsinin iddiasına görə, iş adamının şəxsi hesab vərəqəsində, ərizədə, internet vergi idarəsində əks olunan borcları da üst-üstə düşmür.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












