Veteran oğlu ölən anaya işgəncə verildi - Hadisənin təfərrüatı - VİDEO

Mayın 24-ü səhər saat 8 radələrində Gədəbəy rayonunun Kələman kəndində yaşlı qadına qarşı quldurluq hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 74 yaşlı Zeynəb Nağiyevanın evinə daxil olaraq, onun əl-qolunu bağlayıblar. Daha sonra qadının başına un kisəsi keçirilib və küt alətlə döyülərək evdəki pulların yerini deməsi tələb olunub.
Zərərçəkənin qonşusu Səhladər Nağırov bildirib ki, qadını huşsuz vəziyyətdə ilk olaraq o görüb:
"Biz onu görəndə başı yarılmışdı, qan içində idi. Əlləri və ayaqları bağlı vəziyyətdə idi. Mən hadisə yerinə polisdən sonra çatdım. Zeynəb xala yaxşı qonşu olub, heç kimlə problemi olmayıb. Kəndimizdə indiyədək bu cür hadisə baş verməmişdi. Hamı şokdadır".
Məlumata görə, Zeynəb Nağiyeva həmin gün sübh tezdən mal-qaraya ot vermək üçün tövləyə gedib. O, tövlənin damından ot götürmək istədiyi zaman orada gizlənmiş şəxs onun başına torba keçirərək əl-qolunu bağlayıb və qadını tövlənin içərisinə atıb. Nəticədə qadın ağır xəsarətlər alıb.
Hadisə barədə Zeynəb Nağiyevanın qızı məlumatlı olub. Anasına baş çəkməyə gələn qadın evdə onu tapa bilməyib, daha sonra tövlədə ah-nalə səsini eşidib. O, dərhal anasına kömək göstərib, sonra isə polisə və təcili tibbi yardıma məlumat verib.
Zeynəb Nağiyeva əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaya köçürülüb. Hazırda onun vəziyyəti həkim nəzarətindədir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatı və təqsirkarların kimliyi müəyyən edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Ətraflı Baku TV-nin süjetində:
Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı
“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnfiormasiya İB yeni layihəyə start verib
Piyada keçidi ola-ola azyaşlı ilə avtomobillərin önünə atıldı - VİDEO
Bakıda xarici narkotacirlərə xidmət edən sürücülər belə saxlanıldı - Əməliyyat görüntüləri - VİDEO
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Musiqi sifarişi üstündə dava düşdü – Müştəri xəstəxanalıq oldu - VİDEO
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO - VİDEO
Masazırda kanalizasiya problemi: Çirkab su küçəyə axdı - VİDEO
Borca görə avtomobilin nömrəsini oğurlayan şəxs HƏBS EDİLDİ
Yüzlərlə kartdan pul oğurlayan iki gənc həbs olundu - ŞOK ƏMƏLİYYAT - VİDEO
Prospektdə təhlükəli anlar: Piyadalar yolu “öz bildikləri kimi” keçdi - VİDEO










