Xaçmazda kəndlərin işığı bərpa olundu - FOTOLAR

Xaçmazda təmir sexindən çıxan "KamAZ"markalı yük avtomobili ehtiyatsızlıqdan elektrik dirəklərini sıradan çıxarıb.
Avtosfer.az xəbər verir ki, yük maşını arxaya hərəkət zamanı ortagərginlikli elektrik xəttinin beton dirəyinin aşırıb. Hadisə zamanı ümumilikdə 3 beton dirək Xaçmaz-Niyazabad yolunun hərəkət hissəsinə aşaraq avtomobillərin hərəkətini də müvəqqəti məhdudlaşdırıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Dirəklərin aşması səbəbindən həmin istiqamətdə yerləşən 10-a yaxın yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.
Hadisə yerinə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb olunub. Qısa müddətdə dirəklər yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.
Görülən operativ tədbirlərlə kəndlərə elektrik enerjisinin verilişi də təmin edilib.
Hazırda fəsadların tam arxadan qaldırılması üçün iş aparılır.


"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












