Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı

"NITON-2023" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) xaricə külli miqdarda vəsait köçürüb.
Avtosfer.az Qaynarinfo.az-a istiandla xəbər verir ki, Mərkəzi Bank tərəfindən "NITON-2023" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, MMC tərəfindən 200.100 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 200.100 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
O da deyilib ki, 2024-cü ildə Dövlət Vergi Xidməti tərəfindən şirkətə 1.000.000,00 AZN-a yaxın dəyərdə vergi borcu müəyyən edilib, bunla bağlı şirkətin mübahisələndirilməsi nəticəsində borcun bir hissəsi silinib, bir hissəsi isə hələ də mübahisələndirilmə mərhələsindədir.
Məhkəmənin hökmü ilə "NITON-2023" MMC-nin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və inzibati xətanın bilavasitə obyekti olmuş 200.100 dollar məbləğində valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində, yəni 40.020 dollar məbləğində cərimə edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nazilə Tarməmməd qızı Məmmədovadır. "NITON-2023" MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 258.443,14 AZN vergi borcu var.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












